Bakı-İrəvan razılaşması Cənubi Qafqazın hər üç ölkəsinin xeyrinə olacaq

Bölmə: Dünya › ,
Tarix: 14:48 11.08.2025


“Onilliklərlə davam edən münaqişənin sülh razılaşması ilə başa çatması Cənubi Qafqazın hər üç ölkəsinin xeyrinə olacaq və onların əhalisinin rifahını yüksəldəcək”.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Azərbaycanla Ermənistan arasında imzalanan sülh razılaşmasını jurnalistlərə şərh edərkən deyib.

 

Onun sözlərinə görə, Gürcüstan hər zaman sülh sazişinin, Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olmasının ən böyük dəstəkçisi olub.


“Gürcüstan bu razılaşmanın əldə olunmasından çox şaddır. Mən şəxsən həm Azərbaycan, həm də Ermənistan parlamentlərinin sədrlərini bu razılığın əldə olunması münasibətilə təbrik etmişəm”, - spiker söyləyib.