"Zirə"nin yeni transferi uzun müddətə sıradan çıxıb

Bölmə: Dünya › ,
Tarix: 14:53 11.08.2025

"Zirə"nin yeni transferi Abdul Aziz Batibie 6-7 ay yaşıl meydanlardan kənar qalacaq.

 

"İnformator.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, səbəb toqolu futbolçunun "Şamaxı" ilə yoxlama oyununda zədə almasıdır.

 

Diz bağları qopan 18 yaşlı vinger əməliyyat olacaq.


Qeyd edək ki, Abdul Aziz Batibie ötən ay "Zirə" ilə 4 illik müqavilə imzalayıb. Bu,onun karyerasında ilk peşəkar müqaviləsidir.