Rusiyanın 6 regionuna PUA hücumu edilib

Bölmə: Dünya › ,
Tarix: 11:19 11.08.2025

 

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 32 ədəd PUA vurub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumata görə, Belqoqradda 7, Bryansk və Kaluqada 5, Krımda 4, Orlov, Kursk, Voronej, Ryazan, Moskva üzərində 2 və Tula vilayəti ərazisi üzərində isə 1 PUA zərərsizləşdirilib.