Xarici borc üzrə qaytarılan vəsait açıqlanıb

Bölmə: Dünya › ,
Tarix: 15:01 11.08.2025

Bu ilin birinci yarımilində Azərbaycanın dövlət borcu 25 milyard 695 milyon manat təşkil edib. Bu da ümumi daxili məhsulun 19,6%-i deməkdir. 

 

 "İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki,  dövlət borcunun 17 milyard 177 milyon manatı (66,8%) daxili, 5 milyard 10 milyon manatı (33,2%) xarici borcdur. 


Hesabat dövründə büdcədən dövlət borcuna xidmət xərcləri 1 milyard 27 milyon manat olub.


Daxili dövlət borcu üzrə 328 milyon manat, xarici borc üzrə 698,8 milyon manat geri qaytarılıb.