Rus ordusu irəliləyir-Bu şəhərlər təhlükə altındadır

Tarix: 17:24 12.08.2025
Yaxın bir neçə gün Donetsk vilayətində rus işğalçılarına qarşı mübarizə üçün böyük əhəmiyyət kəsb edəcək, çünki onlar Dobropolye bölgəsində irəliləyirlər.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu “Bild” nəşrinin jurnalisti Yulian Repke deyib:
“Son günlər Rusiya ordusu Donetsk vilayətinin Pokrovsk rayonundakı Dobropolye yaxınlığında təxminən 18 km irəliləyə bilib və artıq Slavyansk və Kramatorska gedən mühüm magistral yola yaxınlaşıb. Ukrayna ordusunun bir neçə gün vaxtı var, rusların qarşısını almaq üçün tədbirlər görməlidir. Əgər bu edilməsə, Ukrayna ordusu üçün vəziyyət daha da pisləşə bilər, çünki bu müddət ərzində Rusiya qüvvələri hərbi birləşmələri Dobropilye bölgəsinə yerləşdirəcək”.