İranda polis toy karvanına atəş açıb-ölənlər var

Tarix: 17:38 12.08.2025
İranın Sistan və Bəluçistan əyalətinin Səravan şəhərində polis hərəkətdə olan şəxsi minik avtomobilinə xəbərdarlıq etmədən atəş açıb.
"İnformator.az" xəbər verir ki, bu haqda Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.
Atəş nəticəsində avtomobildə olan 3 nəfər həlak olub, hadisə yerindən keçən bir nəfər isə yaralanıb.
Bildirilib ki, toy karvanını müşayət edən avtomobildə olanlar bəluçların adəti üzrə havaya atəş açdıqlarına görə polis onları güllələyib.