NATO baş katibi Rütte Ukrayna üzrə onlayn görüşə qatılacaq

Tarix: 18:37 12.08.2025
NATO-dan “Anadolu” müxbirinə bildirilib ki, Rütte Almaniya kansleri Fridrix Mersin dəvəti ilə görüşə qoşulacaq.
Daha əvvəl Berlində açıqlanıb ki, Mers Ukraynadakı mövcud vəziyyətin müzakirəsinə həsr olunmuş onlayn toplantıda iştirak etmək üçün bir sıra liderlərə dəvət göndərib. Görüş 13 avqustda – ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında 15 avqustda keçiriləcək danışıqlardan iki gün əvvəl baş tutacaq.
Almaniya tərəfindən yayılan məlumatda qeyd olunub ki, NATO baş katibi ilə yanaşı, görüşə ABŞ Prezidenti və vitse-prezidenti, Avropa Komissiyası və Avropa Şurasının sədrləri, Finlandiya, Fransa, Böyük Britaniya, İtaliya, Polşa və Ukrayna liderləri də dəvət olunublar.
Anadolu Agency
Ayan Əsgərova