Qazaxıstan Xəzər dənizinin problemlərinin tədqiqinə böyük məbləğdə vəsait ayırıb

Tarix: 10:52 13.08.2025
Qazaxıstan Xəzər Dənizi Elmi Tədqiqat İnstitutunun gələcək inkişafı üçün hökumət ehtiyatından 305 milyon tenge (təxminən 958 min manat - red.) vəsait ayırıb.
"İnformator.az" bu barədə Zakon.kz. portalına istinadən xəbər verir.
İnstitut Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığına əsasən Xəzər dənizinin ekoloji problemlərinin öyrənilməsi məqsədilə yaradılıb.