Çin Avropanın iki bankına qarşı sanksiyalar tətbiq edib

Bölmə: Dünya › ,
Tarix: 11:07 13.08.2025

Çin hökuməti Avropa İttifaqının (Aİ) iki maliyyə təşkilatına qarşı sanksiyalar tətbiq edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyinin məlumatında deyilir.

 

Aİ-nin Rusiyaya qarşı sanksiyalarına cavab tədbiri olaraq Çin Avropanın iki bankını – “UAB Urbo Bankas” və “AB Mano Bankas”ı məhdudlaşdırıcı tədbirlər siyahısına daxil edib.