Braziliyada zavodda partlayış- 9 ölü

Tarix: 11:15 13.08.2025
Braziliyada partlayıcı məhsullar istehsal edən zavodda partlayış baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Parana ştatının qubernatoru Ratinyo Junior X hesabında məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində doqquz nəfər həyatını itirib.
"Kuatru-Barrasda baş verən partlayışda həlak olan doqquz nəfərə görə dərin təəssüf hissi keçirirəm", - deyə o yazıb.
Hadisənin səbəbləri müəyyənləşdirilir.