Zelenski Almaniyaya gedir, Trampla onlayn görüşdə iştirak edəcək

Tarix: 11:50 13.08.2025
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniyaya səfər edəcək.
"İnformator.az" xəbər verir ki, bununla bağlı Ukrayna hökumətindən “Reuters" ə məlumat verilib.
Məlumata görə o, Almaniya kansleri Fridrix Merts və ABŞ Prezidenti Donald Trampın onlayn görüşündə də iştirak edəcək.