Tbilisi yaxınlığında zəlzələ olub

Bölmə: Dünya › ,
Tarix: 11:55 13.08.2025

Gürcüstanın Tsalka şəhərindən (Kvemo Kartli bölgəsi) 3 km və Tbilisidən 37 km məsafədə yerli vaxtla saat 10:08-də 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.

 

"İnformator.az" Gürcüstan bürosunun məlumatına görə, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzindən bildirilib.

 

Zəlzələ ocağı 10 km dərinlikdə, episentri isə Kvemo Xaraba kəndindən 1 km məsafədə yerləşib.


Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.