"Karvav-Yevlax" növbəti transferini açıqlayıb

Tarix: 14:11 13.08.2025
"Karvan-Yevlax" növbəti transferini həyata keçirib.
"İnformator.az" klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bölgə təmsilçisi qapıçı Pedronu heyətinə cəlb edib.
28 yaşlı portuqaliyalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Pedro son olaraq ölkəsinin “Feirense” klubunun formasını geyinib. O, San-Tome və Prinsipi millisinin üzvüdür.