Suriyalı nazir Hakan Fidanla görüşdə xəbərdarlıq edib

Bölmə: Dünya › ,
Tarix: 14:20 13.08.2025

 

“Bu gün Suriya yeni problemlərlə üz-üzədir, bunlar da İsrailin təkrarlanan təhdidlərindən qaynaqlanır”.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Suriya xarici işlər naziri Həsən Şibani Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşündə deyib.

 

“İsrail gözünü Suriyanın suverenliyinə dikib. İsrail vətəndaşlarımızın təhlükəsizliyini təhlükə altına qoyur. Birbaşa və dolayı təhdidlərlə üzləşirik. Onlar Suriyanı parçalanmağa çağırırlar.

 

Suriyanın yenidən qurulması və bərpası çox vacibdir. Suriyada xaosun yaranmaması məsələsində hər kəsə xəbərdarlıq edirik. Ölkələr bizə dəstək olmalıdır”, - Şibani bildirib.