ABŞ alimləri açıqladı: planetlər düşündüyümüzdən də çox ola bilər

Bölmə: Maraqlı › ,
Tarix: 18:50 17.04.2023

ABŞ alimlərinin fikrincə, yerə bənzər planetlər düşünüldüyü qədər nadir olmaya bilər.

 

Günəş sistemimizdəki bütün planetlər Günəşin ətrafında fırlanır. Digər ulduzların ətrafında fırlanan planetlərə ekzoplanetlər deyilir.

 

Ekzoplanetləri orbitində fırlanan parlaq ulduzlar səbəbindən teleskoplarla aşkar etmək çox çətindir.

 

Kaliforniya Universitetinin alimləri hidrogen atmosferi və ərimiş maqma okeanları olan gənc ekzoplanetlərdə suyun necə əmələ gəldiyini tədqiq ediblər.

 

Karnegi Elm İnstitutu ilə birgə aparılan araşdırma göstərir ki, su daşıyan ekzoplanetlər əvvəllər düşünüldüyü qədər nadir olmaya bilər. Eyni zamanda Yerə bənzər ekzoplanetlərdə suyun mövcudluğu məsələsi real ola bilər.

 

UCLA professoru Ed Young-un rəhbərlik etdiyi komanda hidrogenin maye və isti maqmada həll olunduğunu, oksigenlə qarşılıqlı təsiri nəticəsində su əmələ gətirdiyini aşkar edib.

 

Tədqiqatçılar bu detalların Yerə bənzər ekzoplanetlərdə ümumi olduğunu düşünürlər. Bu düşüncə həmin planetlərdə su olduğu ehtimalını yüksəldir. 

 

Eyni zamanda alimlər Yerə bənzər ekzoplanetlərin əvvəllər düşünüldüyündən daha çox oluğunuiddia edirlər.

 

Aydan