Türkiyənin yeni xarici işlər naziri haqqında şok iddia
Bölmə: Araşdırma › ,Tarix: 22:28 08.06.2023
Uzun müddətdir sosial şəbəkələrdə yayılan iddialara görə, Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanın əslində Abdullah Çatlı olduğu deyilir.
Bəs bu iddialarda həqiqət varmı?
İnformator.az Türkiyə mənbələrindən əldə etdiyi məlumatlara əsasən, 1996-cı ildə Susurlukda yol qəzasında həyatını itirən Abdullah Çatlının qızı Gökçen Çatlı ilə Hakan Fidanın doğum tarixlərini müqayisə etsək, nəticə bunu göstərir ki, bu şayiələr təkzib olunur.
Belə ki, Abdullah Çatlının qızı Gökçen Çatlı 22 may 1975-ci ildə anadan olub. Hakan Fidan isə 1968-ci ildə anadan olub və hazırda 55 yaşındadır. Çatlının Hakan Fidan olmağı üçün 7 yaşında evlənib uşaq sahibi olmalıdır. Bu, bioloji cəhətdən mümkün olmadığı üçün "Hakan Fidan əslində Abdullah Çatlıdır” iddiaları tamamilə dezinformasiyadır.
Mikayıl Mirzəzadə