Yanğınsöndürən olmaq üçün dözümlü, psixoloji hazırlıqlı, təmkinli və soyuqqanlı olmaq lazımdır - Əkbər Namazov

Tarix: 21:13 13.07.2023
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin Tədqiqat qrupunun əməkdaşı Əkbər Namazov yanğınsöndümrə peşəsi ilə bağlı təcrübələrini, müşahidələrini oxucularla bölüşüb.
Yanğınların baş vermə səbəbləri necə müəyyən olunur?
Yanğınların baş vermə səbəbləri müxtəlif olur. Yanğınların baş vermə səbəbləri Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarət Xidmətinin Tədqiqat qrupu tərəfindən aparılır. Hər bir yanğın söndürüldükdən sonra və tədqiqatın nəticəsi olaraq, yanğınların baş vermə səbəbləri müəyyən olunur. Ümumi araşdırmalara görə, insan faktorları, antropogen faktorları adlanan insan səhlənkarlığı səbəbindən baş verir. Müşahidlərimizə əsasən, bayram günlərində də yanğınların sayı artır. Vətəndaşlar tərəfindən mənzillərdə istifadə olunan məişət əşyalarının işlək vəziyyətdə buraxaraq tərk etmələri, eyni zamanda evdə bəzədilən şam ağaclarının süni materiallardan hazırlanması, elektrik materialları ilə bəzədilməsi və işlək vəziyyətdə evlərin tərk edilməsi yanğınlar səbəb olur.
Yanlış çağırışlar işinizə necə əngəl olur?
Yanlış çağırışlar keçən ilə görə 1800-dən çox çağırışlar qeydə alınıb. Bu çağırışlar vətəndaşlar tərəfindən bilərəkdən və ya bilməyərəkdən yanğın bölmələrini çağırırlar. Bu da bizim işimizin ləngiməsinə və digər yanğınlara çıxışımıza mane olur. Təsəvvür edin ki, bir rayonda yanğın çağırışı haqqında məlumat daxil olur. Lakin yanğın bölmələri hadisə yerinə çatan zaman yanlış çağırış olduğu anlaşılır. Bu zaman digər ərazidə baş verən yanğın ərazilərinə ləngimələr baş verir. Bu vəziyyətdə digər ərazilərdəki yanğın bölmələrini cəlb etməyə məcbur oluruq. Nəticədə, yanğın bölmələri hadisə yerinə gec çatırlar.
Bu cür neqativ hallarla bağlı maatifləndirmə işləri aparılırmı?
Maarifləndirmə işlərinə gəlincə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən ictimai yerlərdə müvafiq qaydalara uyğun olaraq, yanğın bölmələri tərəfindən məktəb uşaqları da cəlb olunur. Onlar burada bizim yanğın söndürmə texnikaları ilə tanış olur, yanğın zamanı riayət ediləcək qaydalar haqqında maariflənirlər.
Yanğınsöndürmə xidmətinə daxil olan yeni əməkdaş hansı keyfiyyətlərə malik olmalıdır?
Bizim xidmətə daxil olan əməkdaş ilkin və sonrakı hazırlıq mərhələlərinə daxil olurlar. İş prosesində həm praktiki, həm də nəzəri biliklərə yiyələnirlər. Əkbər Namazov Əməkdaşlarımız işə qəbul olunduqdan sonra təkcə onların hazırlığı ilə yox, hər bir gənc əməkdaşa yaşlı əməkdaşlarımız ilə təcrübələr keçirilir. Onların özlərini aparma qaydaları, psixoloji hazırlıqları, yanğın yerində rastlaşdıqları çətinliklərin dəf olunması izah olunur.
Yanğın yerlərinə gedərkən hansı çətinliklərlə qarşılaşırsınız?
Bölmələrin yanğın yerlərinə gedərkən rastlaşdıqları çətinliklərdən biri də yollarda yaranan tıxaclar idi. Eyni zamanda nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi bizim yanğın bölmələrinin hərəkətini çətinləşdirir. Biz vətəndaşlarımızdan xahiş edirik ki, yanğın avtomobilləri yanğın yerinə doğru hərəkət edərkən, onların hərəkətlərinə maneçilik törətməsinlər. İmkan daxilində yanğın avtomobillərinin hərəkətinə şərait yaratsınlar. Yanğının baş verdiyini deyən şəxslər də xahiş edirik ki, yanğın baş verən yerin ünvanını əməkdaşlarımıza dəqiq desinlər. Çünki yanğın yerinə daxil olan əməkdaşlarımız obyekt haqqında əldə etdikləri məlumat sayəsində yanğının söndürülməsi daha asan olur.
Fatimə Mustafayeva