Şirin su mənbələri azalır?
Bölmə: Sosial › , Araşdırma › , Maraqlı › ,Tarix: 11:08 17.07.2023
Dünyanın böyük hissəsinin su ilə əhatə olunmasına baxmayaraq son illərdə iqlim dəyişikliyi və aşırı çirklənmə səbəbi ilə şirin su mənbələrinin azalması müşahidə edilir. Planetimizdə mövcud olan su ehtiyyatlarının cəmi 3 faizi içmək üçün yararlı sayılır. Ölkəmizdə şirinsuya olan tələbatın 67 faizi transsərhəd çaylar hesabına ödənir. BMT-nin araşdırmsına görə yaxın gələcəkdə ölkəmizin su ehtiyyatları azalacaq. Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin sözlərinə görə, qeyd edilən səbəblərlə yanaşı əhali sayının çoxalması, tempratorun artması və yağıntının azamlası da içməli su qaynaqlarının tükənməsinə yol açır. Artıq bir neçə ildir ki, Qanıx, Samur, Kür və Araz kimi vacib çaylaraın səviyyəsində kəskin azalma müşahidə edilir. İqlim senarilərindən asılı olaraq demək olar ki, çaylarda sululuğun azalması gözləniləndir. Bunu sudan səmərli istifadə üçün bir siqnal hesab etmək olar.
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı artıq bu istiqamətdə işlərin başladığını bildirib. Belə ki, yeni tənzimləmə qrafikləri tərtib edilib. Buna əsasən ötən həftənin sonlarından başlayaraq Abşeron yarımadasının bəzi hissələrində yeni qrafiklər yaradılıb. Məqsəd sudan qanunsuz istifadələrin qarşısını almağa hesablanıb. Su ehtiyyatlarının tükənməsinin səbəblərindən biri də bölgülərin düzgün aparılmamasıdır. Belə ki, Bakı ətrafı ərazilərdə sudan qanunsuz istifadə halları artıb.
Yeni qrfiklərinin təşkilində əsas məqsəd yayda daha böyük problemlərin qarşısını almaq üçün anbarlara ehtiyat suyun toplanmasıdır. “Su həyat mənbəyidir” - buna görə də ekspertlər sudan qənaətlə istifadə etməyi tövsiyə edirlər.
Qasım