“Daimi yorğun hiss etməyin səbəbi psixoloji yorğunluq ola bilər”
Bölmə: Araşdırma › ,Tarix: 21:21 15.09.2023
İşdə və ya məktəbdə yuxuya getməyin və daim yorğun hiss etməyin 'psixoloji yorğunluq' ola biləcəyini bildirən psixoloq Simay Yılmaz “Bu faktorların ən əsası stress elementidir", -deyib. Stressli iş mühiti və şəxsi həyatdakı münasibət problemləri də psixoloji yorğunluğa səbəb olaraq gündəlik həyata mənfi təsir göstərə bilər.
Psixoloq güclü enerji çatışmazlığı, halsızlıq, yorğunluq hiss etməyin və bu vəziyyətin dincəlmənizə baxmayaraq, aramsız olaraq davam etməsini "psixoloji yorğunluq" adlandırıb. Psixoloq Simay Yılmaz “Psixoloji yorğunluğun səbəbləri arasında gündəlik stress səviyyələri, gələcək narahatlıq səbəbi ilə sıx düşüncələrə sahib olmaq, keçmiş hadisələrlə bağlı təkrarlanan düşüncələr, yüksək fiziki fəaliyyət və stressə bağlı psixoloji pozğunluqlar ola bilər. Uzun müddət stress və narahatlığa məruz qaldıqda, özümüzü zehni olaraq yorğun hiss edə bilərik. Stress və narahatlığa səbəb olan faktorlar aradan qaldırılmasa, bu psixoloji yorğunluq xroniki hala gələ bilər. Bu vəziyyət gündəlik həyatımıza və funksionallığımıza mənfi təsir göstərir",- deyə əlavə edib.
O, psixoloji yorğunluğun dəqiq səbəbinin bilinməsə də ortaya çıxmasını asanlaşdıran bəzi amillərin olduğunu bildirib: “Bu faktorların ən əsası stressdir. Davamlı stresli mühitdə işləmək, yoğun iş həyatı, iş-həyat balansını qura bilməmək və özünə vaxt ayıra bilməmək xroniki psixoloji yorğunluğun yaranmasına təsir edən amillərdəndir. Ailə problemləri və ya münasibət problemləri kimi şəxsi problemlərin, stress və iş həyatının sıx olduğu bir dövr keçirməyin də psixoloji yorğunluğun ortaya çıxmasında təsirli olduğunu söyləyə bilərik. Keyfiyyətli yuxu dincəlmiş şəkildə oyanmaq üçün son dərəcə vacibdir. Bu səbəbdən yuxu pozğunluqları, gecələr işıqlı mühitdə yatmaq, kifayət qədər yuxu almamaq kimi problemlər xroniki yorğunluğa səbəb ola bilər”.
Həkim psixoloji və ya zehni yorğunluq diaqnozu qoyulan şəxsə qida əlavələri və ya psixoloji proseslər çərçivəsində lazımlı müalicə və terapiyanın tətbiq oluna biləcəyini ifadə edib: “Psixoloji və ya fiziki səviyyədə xroniki yorğunluğa səbəb olan nə varsa, müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Psixoloji yorğunluğun müalicə prosesi psixoloji yorğunluğun intensivliyindən, fərdi xüsusiyyətlərindən və insanın motivasiyasından asılı olaraq dəyişir. 'Koqnitiv Davranış Terapiyası' psixoloji müalicə prosesində istifadə edilə bilər. Mənfi emosiyaları və düşüncələri müsbət emosiyalarla əvəz etmək məqsədi daşıyır. İnsanda stress yaradan amilləri müəyyən etmək və bu stress faktorları ilə mübarizə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Davranış səviyyəsində insanın özünə yaxşı olan və bəyəndiyi fəaliyyətlərə diqqət yetirməsi, özünə daha çox vaxt ayırması və yorğunluğunu atmaq üçün nizamlı bir məşq planı qurması çox əhəmiyyətlidir. Eyni zamanda insanın istirahətə ayırdığı vaxtı yavaş-yavaş azaltması və yerinə yetirməyə enerji tapa bilmədiyi işləri kiçik parçalara bölərək yerinə yetirməsi üçün planlama aparıla bilər. Bundan başqa, iş həyatında kiçik, lakin təsirli düzəlişlər etmək, sosial əlaqələri yaxşılaşdırmaq üçün addımlar atmaq, iş yükünü yüngülləşdirməyi planlaşdırmaq psixoloji yorğunluğun müalicə prosesində çox önəmlidir".
Mənbə: CNN Türk
Tərcümə etdi: Aydan Qasımova