Maqnit qasırğası olan günlər bunları edin
Bölmə: Araşdırma › ,Tarix: 11:16 20.11.2023
Maqnit qasırğası zamanı çox vaxt insanlar halsızlıqdan, başağrısından əziyyət çəkirlər. Bunun üçün maqnit qasırğası olacağını eşitdiyiniz gün nə yeyib-içdiyinizə diqqət etməlisiniz.
İnformator.az həmin gün yeyə biləcəklərinizin siyahısını təqdim edir. Bunlara əməl etsəniz, siz qasırğa zamanı yaranacaq problemlərin qarşısını ala biləcəksiniz:
Səhər - suda bişmiş yulaf, bir stəkan çay və ya süd.
Nahar - yağlı tərəvəzli salat, şorba, kartof və balıq.
Günortadan sonra - 2 alma və ya banan.
Şam yeməyi - salat, pendir və ya kəsmik, bir dilim çörək, çay.
Yatmazdan 1 saat əvvəl - kefir və alma.
Bu qidalar sizi başağarısından xilas edəcək.