Ermənistan Qarabağdan gələn tələbələrin 1-ci semestr təhsil haqqını ödəyəcək

Tarix: 14:40 23.11.2023
Ermənistan hökuməti 2023-cü il sentyabrın 19-dan sonra Ermənistandakı universitetlərə köçürülmüş qarabağlı tələbələrin 2023-2024-cü il 1-ci semestr təhsil haqqını ödəyəcək.
İnformator.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Qərar Ermənistan Nazirlər Kabinetinin noyabrın 23-də keçirilən iclasında qəbul edilib.