Müxtəlif ölkələrin maraqlı yeni il adətləri
Bölmə: Araşdırma › ,Tarix: 22:25 22.12.2023
Müxtəlif ölkələrdən olan insanlar yeni ildən gözləntilərini maraqlı formalarda ifadə edirlər. Yeni ili qarşılama formaları hər mədəniyyətə görə dəyişir.
İnformator.az "Ntv"ə istinadən, müxtəlif ölkələrdən ən maraqlı yeni il adət-ənənələrini təqdim edir:
1) Yaponiyada "köhnə ilin pis ruhları"nı qovmaq üçün evlərin qarşısında kəndir asılır və yeni ilin ilk saniyələri gülüşlə qeyd edilir.
2) Çində evlər keçənilki pis ruhları və bədbəxtlikləri qovmaq üçün təmizlənir. Bundan əlavə, uşaqlara qırmızı zərflərdə "uğur gətirməsi üçün" pul paylanılır.
3) İsveçrəlilər yeni ili yaxşı əhval-ruhiyyəni təmsil edən kostyumlar geyinərək qarşılayırlar.
4) Hollandiyada keçən ilin pis ruhlarını qovmaq və yeni ilə dinc, xoşbəxt bir şəkildə daxil olmaq üçün yolka küçədə yandırılır.
5) Belarusiyada isə subay qızların qarşısına qarğıdalı qoyulur, ortaya isə xoruz buraxılır. Hesab olunur ki, xoruz kimin qarşısındakı qarğıdalını yesə, həmin qız digərlərindən əvvəl evlənəcək.
6) Cənubi Afrikada köhnə məişət əşyaları “uğur gətirmək üçün” pəncərədən atılır və yeni ilə təzə əşyalarla başlayırlar.
7) İspaniyada saat 00:00-da 12 üzüm udulur və yeni illə bağlı dilək tutulur.
8) Rumıniyada ayı dərisi geyinmiş insanlar küçələrdə dolaşaraq rəqs edirlər. Bu yolla pis ruhların uzaqlaşdığına inanılır.
9) Danimarkada isə insanlar köhnə boşqabları qapının önündə sındıraraq pis şansın uzaqlaşmasını arzulayırlar.
Məryəm Abdullazadə