Tarixdə bu gün- Məmməd Arifin anım günüdür

Bölmə: Araşdırma › ,
Tarix: 22:06 27.12.2023

Bu gün Azərbaycanın məşhur tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq-Məmməd Arifin anım günüdür.

Məmməd Arif 1904-cü ildə Bakı şəhərində anadan olub. Bakıda rus-tatar məktəbində təhsil aldıqdan sonra O, Xalq Maarifi İnstitutunda təhsil alıb. Bu təhsilini də bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinə qəbul olub. Aspirantura təhsilini Moskvada tamamladıqdan sonra vətənə qayıdan Məmməd Arif ədəbiyyat sahəsində fəaliyyətinə başlayıb.

 

Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixi tədqiqinin əsasını qoyan alimlərdəndir. Bədii söz tariximizin araşdırılması konsepsiyasının işlənib hazırlanmasında onun önəmli rolu olub. O, 2 cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi", 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi", 2 cildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir. Məmməd Arif sözün əsil mənasında ədəbiyyatşünaslıq məktəbi, tənqid və tənqidçilər məktəbi yaratmış şəxsiyyətdir. O keçmiş SSRİ Elmlər Akade­mi­ya­­sı­nın «Müasir dövrdə dünya ədəbiy­ya­tının in­kişaf qa­nunauy­ğunluqları» kompleks prob­le­mi üzrə El­mi Şuranın, doq­quz­cildlik «Qısa ədə­­biyyat ensik­lo­pediyası»nın redaksiya he­yə­tinin, altı­cild­lik «Çox­millətli sovet ədə­biy­ya­tı tarixi» nəşrinin baş re­daksiya heyətinin üz­vü ol­ub, həm də bu əsər­lə­rin ha­zır­lan­ma­sın­da müəllif kimi yaxından iştirak edib. Elmi fəaliyyətindən başqa Məmməd Arif həmdə dəyərli dövlət xadimi idi.O, uzun müddət SSRİ-İran cəmiyyəti sədrinin müavini olub və iki dəfə Bakı Sovetinə deputat seçilib.

 

Ömrünün böyük hissəsini Azərbaycan xalqının maariflənməsinə həsr edən bu böyük şəxsiyyət 27 dekabr 1975-ci ildə Bakıda vəfat edib və nəşi Fəxri Xiyabanda dərin ehtiramla torpağa tapşırılıb.

 

Yusif Mamedov