Gecə corabla yatmağın bilmədiyiniz zərərləri

Bölmə: Maraqlı › ,
Tarix: 22:27 08.01.2024

Bildiyiniz kimi, xüsusilə, qış aylarında ayaqlarımız çox soyuq olur. Ayaqlarımız bədənimizin hərarətini təyin edən ən vacib sahədir. Ayaqlarımızdakı bir çox əzələ və stimullaşdırıcı sinir bölgələri isti və soyuğa həssasdır və digər orqanlarımıza stimullaşdırıcı siqnallar göndərir. Bildiyiniz kimi, bədənimizin bütün yükünü daşıyan ayaqlarımıza da yaxşı qulluq edilməlidir. Qışda isti, yayda isə sərin saxlamaq vacibdir.

 

Ayaqlarımızın hərarətini tənzimləyərkən nələrə diqqət etməliyik?

 

Qış aylarında corab geyinməyə xüsusilə diqqətli olmalıyıq. Ayağımızı isitmək üçün corabların bir çox növləri var, bu corabları mövsümə uyğun geyinsək faydalı olar. Düzgün nisbətlərə baxsaq belə, mövsümə uyğun olmasa da geyinilən corabların ayağımıza zərər verəcəyini təxmin edə bilərik. Məsələn, havaların çox soyuq olmadığı yaz aylarında yun corablar ayağımıza normaldan daha çox istilik verəcək və nəticədə mütləq ayaqlarımızda dəri problemi yaradacaq. Edilən səhvlərdən biri də gecə corabla yatmaqdır.

 

Gecələr corab geyinib yatmaq düzgündürmü?

 

Bildiyiniz kimi, hamımız soyuq qış aylarında asanlıqla isinməyəcəyimizi düşünürük. Gecə yatanda corablarımızı çıxarmaq istəmirik. Gecələr corabla yatmaq isinmək üçün yaxşı fikir kimi görünsə də, bunun bizə zərəri ola bilir. Gecə corabla yatmaq qan dövranının pozulmasına səbəb olur. Corabların elastikləri topuqlarımızı uzun müddət sıxır və həmin nahiyədəki damarları daim daralacaq vəziyyətdə saxlayır. Gecələr uzun müddət corabla yatmaq ayaq və dırnaqlarda deformasiyaya, ayaq barmaqlarında göyərmələrə, dəridə quruluğa səbəb olur. Gecə corabla yatmaq ayaqların uzun müddət nəfəs almasına mane olduğu üçün göbələk xəstəliklərinə də səbəb ola bilir. Ayaqlarda ekzema meydana gəlməsi də qaçınılmaz olur. Burada bədənimizin yükünü daşıyan ayaqlarımızın baxımına diqqət etməliyik. Çox güclü olsalar da, yaxşı baxılmadıqda xəstəliklərə davamlı deyillər.

 

Ayaqlarda meydana gələ biləcək mümkün xəstəliklər

 

Göbələk infeksiyaları ayaqlarımızın kifayət qədər hava almaması, ayaqqabı geyinərkən uyğun olmayan corabların istifadəsi, həddindən artıq tərləmə nəticəsində yarana bilən və müalicəsi uzun müddətli olan xəstəlikdir. Dırnaqların batması da ayaqda çox dar və qalın corabların istifadə edilməsi və zamanla barmaqlarda meydana gələn deformasiyalar nəticəsində dırnaq batma dediyimiz xəstəliyə səbəb olur. Bu müalicə prosesində və xəstəliyin mərhələlərində insana çox əziyyət verə bilən xəstəlikdir.

 

Mənbə: Milliyet 

 

Tərcümə etdi: Aydan Qasımova