Quru əncirin faydaları və zərərləri nələrdir?
Bölmə: Maraqlı › ,Tarix: 19:37 30.01.2024
Vitamin və minerallarla zəngin bir meyvə olan əncirin bir çox faydası var. Antioksidantlarla zəngin olan qurudulmuş əncir immuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.
QURU ƏNCİRİN FAYDALARI:
Ümumiyyətlə üstünlük verilən quru xurma ilə yanaşı, qurudulmuş əncirlə də bədənin şəkərə olan ehtiyacını təmin etmək olar. Təzə əncirin tərkibində quru əncirdən daha çox vitamin və mineral var. Lakin təzə əncir qədər quru əncirin də faydaları danılmazdır.
Pəhriz lifi ilə zəngin olan qurudulmuş əncirin tərkibində kalium, dəmir, kalsium, antioksidantlar və kompleks karbohidratlar var.
Quru əncir qəbizliyin müalicəsində təzə əncirdən daha təsirli ola bilər. Lakin meyvələr quruduqda şəkərin miqdarı artdığından quru əncirin şəkəri və kalorisi daha yüksəkdir. Bu səbəblə orta dərəcədə istehlak edilməlidir.
Tərkibində şəkərin yüksək olduğu və qanda şəkərin qəfil artmasına səbəb olduğu üçün xüsusən şəkər xəstələrinin təzə və ya qurudulmuş əncirdən uzaq durmaları, istehlak edildiyi təqdirdə 1 ədəddən çox əncir yeməmələri tövsiyə edilir.
Pəhriz zamanı əncir istehlak edilə bilərmi? Kalorisi yüksəkdir?
Tövsiyə olunan miqdar keçilmədiyi müddətcə ənciri pəhriz siyahılarına asanlıqla əlavə etmək olar. 2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir.
GÜNDƏ NEÇƏ QURUSU ƏNCİR YEYİLMƏLİDİR?
Meyvə istehlakında müxtəlifliyi təmin etmək vacibdir. Gündə orta hesabla 3 porsiya meyvə istehlakı tövsiyyə edilir. Gündə 2 ədəd qurudulmuş və ya təzə əncir qəlyanaltı və ya səhər yeməyi olaraq asanlıqla istehlak edilə bilər.
ƏNCİR QURUSU QAN TƏZYİQİ ÜÇÜN XEYİRDİR?
Bütün quru meyvələr kimi əncirin qurusu da az su ehtiva edir. Qurudulmuş meyvələr tərkibindəki yüksək kalium sayəsində təzyiqi tarazlaşdıraraq qan təzyiqini nəzarət altında saxlamağa kömək edir. Xüsusilə böyrək çatışmazlığı olan xəstələr əncir istehlak edərkən porsiyaya diqqət yetirməlidirlər.
ƏNCİR QURUSU BAĞIRSAQLAR ÜÇÜN XEYİRDİR?
Əncirin tərkibində yüksək miqdarda lif var. Bu, suyu bağırsağa çəkir, tullantıların bağırsaqdan sürətlə keçməsini təmin edir. Bundan əlavə, tərkibindəki probiyotiklər həzm sağlamlığını yaxşılaşdırır. Bu çərçivədə əncir qəbizliyin qarşısını almaqda təsirlidir.
QURU ƏNCİRİ NECƏ SAXLAMAQ LAZIMDIR?
Qurudulmuş əncir sərin və quru yerdə saxlanmalıdır. Soyuducuda saxlanılırsa, 1 il ərzində istehlak edilməsi məsləhət görülür.
Mənbə: NTV haber
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva