‘’Barselona’’ nın uğursuzluğunun tək səbəbi Xavi deyildi-Ekspert şərhi

Bölmə: İdman › ,
Tarix: 14:40 06.02.2024

Xavi Hernandez mövsüm sonunda komandadan ayrılacağını bildirdikdən sonra ‘’Barselona’’ nın baş məşqçi postuna Yurgen Klopp, Hansi Filck kimi kimi mütəxəssislərin adı çəkilir.

 

Məsələ ilə bağlı idman eksperti Ağa Dadaşzadə informator.az-a açıqlamasında suallarımızı cavablandırıb. Ekspertin sözlərinə görə, problem yanlız Xavidə deyildi.

 

‘’Digər komandalarda olduğu kimi Barselona da da uğursuzluq yaşanması normaldır. Barselonanın çöküşü Xavidən əvvəl başlayıb. Messinin gedişindən əvvəl də müəyyən problemlər mövcud olub. Xavi bütün problemlərin fonunda işləyir. Uğursuzluğun tək səbəbi Xavi deyil’’.

 

 

Ağa Dadaşzadə bildirir ki, komandaya yeni transferlər olunmalı və klubdaxili digər məsələlər də həll olunmalıdır.

 

‘’Komandanın hücum xəttində əskiklik var. Klubun borcları var. Bu borclar kluba mənfi təsir göstərir. Yeni transferlər olunmalıdır’’.

 

Müsahib sonda yeni gələcək məşqçinin təmin olunmasının gərəkli olduğunu əks halda  eyni vəziyyətin  yarana biləcəyini vurğulayır.

 

‘’Hansı mütəxəssis gələrsə onu yüksək şəraitlə təmin etmək lazımdır. Əks halda klub yüksək nailiyyətlər əldə edə bilməz. Yurgen Koppun komandaya gələcəyini isə düşünmürəm’’.

 

Ayaz Zeynalzadə