"Formula 1": Ferstappen 2019-cu ildən bu yana ən pis nəticəni göstərib

Bölmə: İdman › ,
Tarix: 16:18 29.07.2025

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Maks Ferstappen ardıcıl üç Qran-pridə fəxri kürsüdən kənarda qalmaqla 2019-cu ildən bu yana ən pis nəticəni göstərib.

 

"İnformator.az" "Report" a istinadən xəbər verir ki, o, Avstriyadakı yarışı başa çatdıra bilməyib. İngiltərə Qran-prisini beşinci, Belçikada keçirilən yarışı isə dördüncü tamamlayıb.

 

6 il əvvəl isə niderlandlı sürücü müvafiq olaraq Rusiya, Yaponiya və Meksika Qran-prilərində fəxri kürsüyə yüksələ bilməmişdi. Qeyd edək ki, Maks Ferstappen hazırda 185 xalla sürücülərin sıralamasında üçüncü sırada qərarlaşıb. Siyahıya “Maklaren”in pilotu Oskar Piastri (266 xal) başçılıq edir.