Lerikdə 5 ton narkotik bitki məhv edilib

Bölmə: Hadisə › ,
Tarix: 16:27 29.07.2025

Lerikdə 21200 ədəd xaşxaş kolu məhv edilib.

 

"İnformator.az" "Axar.az" a istinadən xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mistan kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

 

Ümumi çəkisi 5300 kiloqram olan 21200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.