‘’Fatih Karagümrük’’ adını 1/4 finala yazdırıb

Bölmə: İdman › ,
Tarix: 22:42 06.02.2024

Ziraat Türkiyə Kubokunun son 16 turunda ‘’Fatih Karagümrük’’  və “Samsunspor” üz-üzə gəlib. Fatih Karagümrük qarşılaşmada 2-1 qalib gələrək kubokun 1/4 finalına yüksələn ilk komanda olub.

 

‘’Samsunspor" 68-ci dəqiqədə Muandilmadjinin vurduğu qolla önə keçib. Bu qola  ‘’Fatih Karagümrük’’ 72-ci dəqiqədə Biraşçi və 89-cu dəqiqədə Paoletti ilə cavab verib.

 

Qalan dəqiqələrdə başqa qol olmadığı üçün ‘’Fatih Karagümrük’’ “Samsunspor”u 2:1 hesabı ilə məğlub edərək Türkiyə Kubokunun 1/4 finalına yüksələn ilk komanda olub.

 

Ayaz Zeynalzadə