Azərbaycan basketbol millilərinin Avropa çempionatında rəqibləri müəyyənləşib-AÇIQLAMA

Tarix: 16:21 07.02.2024
Püşkatmaya əsasən, U-20 yığmamız B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiyaya rəqib olacaq.
Komandadan gözləntilər barədə Azərbaycan Basketbol Federasiyasının Mətbuat Katibi Sənan Əliyev İnformator.az-a açıqlama edib.
"Komandaların heyətində basketbolçular öz məşqlərini davam etdirir. Hazırda məşqçilər təyin olunmayıb. Oyunçular öz heyətlərində məşq edirlər".
Müsahib öz komandalarında yaxşı nəticə göstərən basketbolçulardan Rəşid Abbasov, Əlibəy Məmmədlinin adını çəkib, yaxşı təsir bağışladıqlarını qeyd edib və "İrlandiya"-nın məğlub ediləsi komanda olduğunu söyləyib.
Sənan Əliyev əlavə edib ki, şansımız yüksək qiymətləndirilmir.
"Lakin rəqiblərdən İrlandiya, Böyük Britaniya komandalarına qalib gələ bilərik. Niderland basketbolu isə yüksəlişdədir".
Zəhra Həsənova