Tomas Mönye ‘’Trabzonspor’’da

Tarix: 18:44 07.02.2024
Trendyol Super Liqa komandalarından olan "Trabzonspor" Tomas Mönye ilə 1,5 illik müqavilə imzaladıqlarını açıqlayıb.
Karyerasında "Klub Brügge", "Paris Sen-Jermen" və "Borussiya Dortmund"da çıxış edən belçikalı futbolçu mövsümdən əvvəl zədələnərək 3 aya yaxın meydanlardan uzaq qalıb.
‘’Trabzonspor’’un rəsmi açıqlamasında ‘’Azad peşəkar futbolçu Tomas Andre Mönyenin klubumuza transferi ilə bağlı razılıq əldə olunub’’,-deyə qeyd edilib.
32 yaşlı müdafiəçi bu mövsüm ‘’Borussiya Dortmund’’ forma ilə 9 matçda iştirak edib.
Ayaz Zeynalzadə