3 məktəblini avtomobil vurub

Bölmə: Hadisə › ,
Tarix: 15:46 08.02.2024

Fevralın 8-də Zaqatala rayonu Göyəm kənd tam orta məktəbinin 5-ci sinif şagirdləri olan  İbrahimzadə İbrahim Əziz oğlu,  İsayev Ramazan Babək oğlu və  Permadov Kamal Elçin oğlunu dərs məşğələləri qurtardıqdan sonra evə qayıdarkən yolda avtomobil vurub.

 

İnformator.az Şəki-Zaqatala Regional Təhsil İdarəsinə istinadən xəbər verir ki, məktəblilərdən ikisi - İsayev Ramazan Babək oğlu və Permadov Kamal Elçin oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər.

 

İbrahimzadə İbrahim Əziz oğlu isə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağır olaraq qalır.