Alvaro Neqredo ‘’ Real Vallodolid’’də

Bölmə: İdman › ,
Tarix: 18:31 08.02.2024

Bir müddət "Beşiktaş"da çıxış edən Alvaro Neqredo "Real Vallodolid"ə transfer olunub. İspan futbolçu "Vallodolid"lə mövsümün sonuna qədər anlaşıb.

 

Real Vallodolid 38 yaşlı Alvaro Neqredonu heyətinə qatdığını açıqlayıb.

 

4 il çıxış etdiyi "Kadis"dən ayrıldıqdan sonra  ispaniyalı futbolçu La Liqa 2 komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Karyerası boyunca 679 matça çıxan Neqredo 256 qol vurub, 85 məhsuldar ötürmə edib.

 

Ayaz Zeynalzadə