Paris Olimpiya Oyunlarının medalları təqdim olundu

Bölmə: İdman › ,
Tarix: 20:30 08.02.2024

Minlərlə idmançının arzusu olan olimpiya medalı bu il Parisdə öz sahiblərini gözləyir. Təşkilatçılar Eyfel qülləsinin bir parçası ilə işlənmiş medalları mətbuata təqdim etdilər.

 

“Paris 2024” yazılan və Olimpiya loqosunun əks olunduğu medalların üzərində də alov və ya qısa saç düzümü ilə qadın siması möhürlənir.

 

Olimpiada üçün təxminən 2600 və Paralimpiya oyunları üçün isə 2400 medal istehsal olunur.

 

Dizayn meneceri Joachim Roncin bildirib ki, medala yerləşdiriləcək hissələri Eyfel qülləsinin təmiri zamanı dəyişdirilən hissələrdən kəsilib və təhlükəsiz saxlamaq üçün saxlanılıb.

 

Mənbə: TRT Haber

Zəhra Həsənova