Biz dejavu yaşayırıq-Aslan Kərimov

Bölmə: İdman › ,
Tarix: 15:05 09.02.2024

C Liqasının 1-ci qrupunda Azərbaycan millisi Estoniya kollektivi ilə üz-üzə gələcək. Estoniya millisinin baş məşqçisi Tomas Heberlin "Fərqli rəqib istəyirdik, Azərbaycan yığması bizə tanışdır" ifadəsini işlədib.

 

Keçmiş futbolçu Aslan Kərimov Tomas Heberlinin ifadəsinə münasibətini İnformator.az ilə bölüşüb. Qeyd edib ki, biz dejavu yaşayırıq.

 

"Yaxın keçmişdə İsveç, Slovakiya, Estoniya komandaları ilə oynadıq. Bu ifadəyə normal yanaşıram, yəqin ki Estoniya millisinin baş məşqçisi zəif rəqiblər görmək istəyərdi. Həmçinin biz də bu rəqiblərdənsə "Farel Adaları"nın düşməsini istəyərdik".

 

Keçmiş futbolçunun sözlərinə görə, Estoniya millisi bu turnirdə "dişimizə" uyğun rəqiblərdən sayılacaq.

 

"Baş məşqçinin ifadəsi nə bizim komandaya, nə də Estoniya millisinin komandasına təsir etməyəcək. Niyyət olaraq daha zəif rəqiblər istəmiş ola bilər. Düşünürəm ki, Estoniya millisi bu turnirdə dişimizə uyğun rəqiblərdən sayılacaq".

 

Qeyd edək ki, C Liqasının 1-ci qrupunda Azərbaycan millisi Estoniya və İsveçlə yanaşı, Slovakiya kollektivi ilə də üz-üzə gələcək.

 

Zəhra Həsənova