"Qalatasaray"ın yeni transferi Derrik Köhn İstanbulda

Bölmə: İdman › ,
Tarix: 15:25 09.02.2024

"Qalatasaray" anlaşdığı Almaniyanın "Hannover" komandasında çıxış edən sol cinah müdafiəçisi Derrik Köhnu İstanbula gətirib.

 

İstanbul hava limanında sarı-qırmızılı klub rəsmilərinin qarşıladığı 25 yaşlı futbolçu şəxsi avtomobili ilə hava limanını tərk edib. Qana əsilli alman sol cinah müdafiəçisinin səhhəti yoxlanıldıqdan sonra "Qalatasaray"la müqavilə imzalaması gözlənilir.

 

Köhn bu mövsüm Almaniya 2-ci Bundesliqasında "Hannover"in heyətində bütün yarışlarda 21 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

Zəhra Həsənova