Dries Mertensə astronomik təklif

Bölmə: İdman › ,
Tarix: 15:33 09.02.2024

"Qalatasaray"ın təcrübəli ulduzu Dris Mertens sarı-qırmızılılarda qalmaq üçün Səudiyyə Ərəbistanından gələn astronomik təklifi rədd edib. Belçikalı futbolçu bundan əvvəlki açıqlamasında "Deyəsən, karyeramı "Qalatasaray"da başa vuracağam" söyləyib.

 

İtaliya mətbuatında "Qalatasaray"ın ulduzu Dris Mertenslə bağlı partlayıcı iddia irəli sürülüb. Mertensin qapısının Səudiyyə Ərəbistanından gələn astronomik təkliflə döyüldüyü iddia edilib.

 

İtalyan jurnalist Nikolo Şiranın xəbərinə görə, Mertens Səudiyyə Ərəbistanından Qalatasarayda qalmaq üçün gələn astronomik təklifi rədd edib.

 

“Karyeramı “Qalatasaray”da bitirəcəm”

 

Daha əvvəl "Qalatasaray"da futboldan ayrılacağını deyən Mertens, "Bu, karyeramın son mövsümü olacaq? Bəli, belə düşünürəm. Gələcəyin nə gətirəcəyini bilmirsən, amma mən çox həyəcanlıyam" ifadələrini işlədib.

 

Mənbə: NTV Spor

Zəhra Həsənova