Kimyəvi maddələrin bitkilərə təsiri-Ekspert AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 13:16 12.02.2024
Bitkilərə canlanması üçün müxtəlif dərmanlar verilir. Bu maddələrin müsbət olduğu kimi mənfi cəhətləri də var. Bəs bu maddələr bitkiyə necə təsir edir?
Mövzu barədə Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov informator.az -a açıqlama verib. Ekspert deyir ki, ümumiyyətlə bitkiçilikdə kimyəvi maddələrdən istifadə olunur.
"Mütəxəssislər çalışır ki, bitkilərin yetişməsinə daha tez nail olsunlar. Məhsuldarlığın artımı, məhsulun generativ orqanlarının inkişafı üçün həmin kimyəvi maddələrdən istifadə edirlər".
Vahid Məhərrəmov qeyd edir ki, kimyəvi maddələr bitkiçilikdə bitkinin inkişaf prosesini idarə etmək üçündür.
"Orada müxtəlif inkişaf fazaları var. Bəzi bitkilər var ki, 10-a yaxın inkişaf fazası var. Hər dəfə nəticə əldə etmək üçün fərqli kimyəvi maddələrdən istifadə olunur. Bu maddələrdən istifadə edilməsə, indiki halda qlobal istiləşmənin təsiri nəticəsində məhsuldarlıq bir az da aşağı düşər".
Ekspert əlavə edir ki, bitkilərdə müəyyən ardıcıllıqla yarpağın tökülməsi, bitkinin zəifləməsi halları da baş verə bilər, bu da idarəetmə prosesi düzgün aparılmasa müşahidə oluna bilər.
"Amma savadlı aqronom bu prosesi kimyəvi maddələrin köməyi sayəsində yaxşı idarə edə bilir və gözəl nəticə əldə edə bilir. Ona görə də bir sıra ölkələrdə biz görürük ki, bitkiçilikdə məhsuldarlıq Azərbaycanla müqayisədə 3 dəfə çoxdur. Orada yalnız kimyəvi maddələrin köməyi vasitəsilə buna nail olurlar".
Səkinəbəyim Cəfərova