Jurnalist-yazar Ergün İçeyılmaz dünyasını dəyişdi

Bölmə: Dünya › ,
Tarix: 16:31 12.02.2024

Jurnalist-yazıçı Ergün İçeyılmaz 80 yaşında dünyasını dəyişdi. Türkiyə Jurnalistlər Birliyi İçeyılmazın vəfatından sonra bu barədə açıqlama verdi. 80 yaşlı İçeyılmazın vəfatını elan edən Türkiyə Jurnalistlər Birliyi mesajında dəfn mərasimi ilə bağlı hələ dəqiqlik yoxdur məlumatını paylaşdı.

 

Ergün İçeyılmaz 1942-ci ildə Əskişəhərdə anadan olub. Jurnalistika karyerasına 1960-cı ildə başlayıb. Axşam, Yeni Sabah, Yeni İstanbul, Günaydın, Fotospor, Tercüman, Günəş, Nokta, Yankı, Hürgün kimi nəşrlərdə çalışıb. O, bu nəşrlərdə redaktordan nəşriyyat menecerinə qədər fəal rollar götürüb.

 

“Yaprak Sanat” jurnalının naşiri İçeyılmazın şeir və hekayələri "Yelkən", "Güney", "Varlığ", "Hisar"kimi jurnallarda dərc olunub. Bu arada "Barış" jurnalının şeir mükafatını qazanıb. 27 dəfə Jurnalistlər Cəmiyyəti, TSYD kimi təşkilatların uğur mükafatlarını alan İçeyılmaz, 1986-cı ildə Türkiyə Jurnalistlər Cəmiyyətinin idman yazıları şöbəsində "İlin jurnalisti" mükafatına layiq görülüb və 1993-cü ildə Qızıl Kitablar mükafatını qazanıb. Ergün İçeyılmazın idman yazısı mövzuları arasına Türk İdman Tarixi, İdmanın Struktur Analizi, İdman Yazarı, Beşiktaş, Futbol, Türkiyədə İdman Hekayəsi, Atatürkün Gənclik və İdman Siyasəti, İdmanda Qərbləşmə Hərəkatı, Kütləsiz İdman Niyə Olmasın, Məşhurlar Ensiklopediyası kimi kitabları var.

 

Aytac Kərimova 

Mənbə: Habertürk