Tarixdə bu gün-Cövhər Dudayevin doğum günü

Bölmə: Araşdırma › ,
Tarix: 20:16 15.02.2024


Bu gün Çeçen İçkeriya Respublikasının qurucusu, Qafqaz xalqlarının qəhramanı, çeçenlərin SSRİ ordusunda tarixi boyu yeganə generalı-Cövhər Dudayevin doğum günüdür.

 

Cövhər Dudayev 1944-cü ildə Çeçenistanda anadan olub. O uşaq olarkən ailəsi Sibirə sürgün edilib. Cövhər Dudayev sürgündə keçən uşaqlıq illərilə bağlı bunları deyib: "Mən dinimi anamın qoynunda öyrəndim. Mən tamamilə ateist təhsili aldım və ateist bir ordu olan "Qızıl Ordu"da generallığa qədər yüksəldim". Orta təhsilini Sibirdə tamamlayan Cövhər 1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasından, 1966-cı ildə isə Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasından məzun olur. 

 

1974-cü ildə Yuri Qaqarin adına Hərbi Hava Akademiyasını da bitirən Cövhər xidmətlərinə görə Tümgeneral vəzifəsinə qədər yüksəlir. O, bununla da Sovet tarixinə Strateji Hava Quvvələrində tümən komandiri olmağı bacaran ilk müsəlman kimi adını yazdırır. Çeçenistanın dövlət başçısı olmazdan əvvəl Baltikyanı respublikalarda cərəyan edən istiqlal mücadiləsini yatırmadığı üçün "qiyamçı general" adlandırıldı. Belə ki, 1989-cu ildə Estoniyada Strateji Hava Qüvvələri Komandanlığında Baltikyanı ölkələrdə başlayan azadlıq hərəkatlarını zor gücünə yatırılması üçün Moskvadan əmr aldı. Ancaq o, "yurdunun azadlığı üçün mücadilə edən bir xalqın üstünə bomba atmaram" deyərək əmri yerinə yetirmədi. Moskva isə bu itaətsizliyi həzm edə bilmədi və Cövhər Dudayevi cəzalandıraraq əsgərləri ilə birlikdə Cövhərqalaya sürgünə göndərdi. 

 

1990-cı ilin mayında vəzifəsindən istefa verən Cövhər 1990-cı ilin noyabrında Çeçen Xalqının Qurultayına dəvət edildi və orada İdarə Heyətinin sədri seçildi. 19-21 avqust 1991-ci ildə keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovu hakimiyyətdən yıxmaq üçün düzənlənən əməliyyatın önündə gedənlərdən biri oldu. Rusiyanın 11 dekabr 1994-cü ildə Çeçenistana qarşı başlatdığı işğal və soyqırım hərəkətinə qarşı Cövhər Dudayev "son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz" deyərək xalqına "Cihad" əmrini verdi. Onun rəhbərliyi altındakı çeçen xalqı iki ilə yaxın sürən şanlı bir istiqlal mücadiləsi verdi və 1996-cı ilin mayında Çeçenistan tamamilə ruslardan təmizlənərək Qafqaz tarixinə yeni bir "qızıl səhifə" yazıldı.

 

Ruslar Cövhərin bu uğurlarından narahat olaraq ona dəfələrlə sui-qəsd etməyə təşəbbüs etdi. Lakin Cövhər hər dəfəsində bunlardan qurtulmağı bacardı. 1996-cı il aprelin 21-də ABŞ-ın köməyi nəticəsində bu böyük şəxsiyyət, çeçen xalqının böyük qəhrəmanı ruslar tərəfindən şəhid edildi. 

 

Biz bu böyük şəxsiyyəti hörmət və ehtiramla anırıq.

 

Yusif Mamedov