Güzəştli ipoteka ilə ev almaq istəyənlərin NƏZƏRİNƏ -AÇIQLAMA

Bölmə: Sosial › , İqtisadiyyat › ,
Tarix: 23:36 19.02.2024

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.

Müraciətlər fevralın 23-də, saat 11:00-dan etibarən Elektron Hökumət Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək.

Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb və hazırda proses davam etdirilir.

Bu ilin dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.

 

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli "İnformator.az" a açıqlamasında mövzuya münasibət bildirib. Ekspertin sözlərinə görə, güzəştli ipoteka kreditinin verilməsi dövlət qulluğunda olan şəxsləri əhatə edir.

 

Müsahib güzəstli ipotekanın verilməsinin faiz dərəcələrini açıqlayıb 

 

"Faiz dərəcələri normaldır.Təxmini 3,7-4% ilə illik ipoteka verilir.

Azərbaycanda mənzillərin qiyməti bahadır. Bu səbəbdən də ödəniş həddinin aşa bilən vətəndaşların sayı azdır. Məsələn ay ərzində vətəndaş 600 manat ödəməlidir. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı təxmini 940 manatdır. Bu məbləğin 600 manatını ipotekaya verdikdə ailənin xərci ödənmir. Bu da güzəştlərdən istifadə edən şəxslərin sayının azalmasına səbəb olur" 

 

Akif Nəsirli sonda qeyd edir ki, güzəştli ipotekanın məqsədi imkansız ailələri evlə təmin etməkdir.

 

 

Fəridə Əsədzadə