Onlar ölkəmizi yalnız kənardan izləyə biləcəklər-Elşad Həsənov
Bölmə: Siyasət › ,Tarix: 23:24 22.02.2024
Heç bir təhrikedici amil olmadan 5 aya yaxın davam edən sabitliyi pozan Ermənistanın tənqid edilməsi əvəzinə, Azərbaycanın qeyri-proporsional cavab tədbiri görməkdə təqsirləndirilməsi qəbuledilməzdir və bu kimi qərəzli yanaşmalara son qoyulmalıdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib:
"İnformator.az" a açıqlamasında bu sözlərə münasibət bildirən politoloq Elşad Həsənov qeyd edir ki, Azərbaycan-Ermənistan arasında atəşkəs elan olunmasına baxmayaraq qarşı tərəf bunu Qafan istiqamətində əsgərimizin yaralanmasıyla, Tovuz ərazisində təxribatlar törətməklə pozdu və çox keçmədən provokasiya törədicilərinə layiqincə cavab reaksiyası verildi.
"Ermənistanın baş naziri Paşinyan ilə Fransa Prezidenti Emmonial Makronun görüşü zamanı, Makron Azərbaycanın qeyri-proporsional cavab reaksiyasını qınayıb. Halbuki bizi buna özləri təhrik etdilər və hər zaman da onlara bildirdik ki, bizə qarşı törədilən hər hansısa bir provokasiyanın qarşısı dərhal və daha ağır şəkildə alınacaq. Bu bizim yanaşmamızdır və XİN-də fikrində çox düzgün qeyd edib. Bəli, biz ərazi bütövlüyümüzü təmin etdik, habelə bu gün Erməni faşistlərinin dağıtdığı evləri, məktəbləri yenidən qururuq, bu isə ermənilərdə qıcıq yaradır, lakin belə bir şəraitdə Fransa onları daima dəstəkləyir. Onun bizə qarşı məkrli siyasəti ondan ibarətdir ki, onun Azərbaycanda aparmaq istədiyi kəşfiyyat işinin qarşısı alındı, Azərbaycan Təhlükəsizlik Xidməti onların iki diplomatını casusluqda ittiham etdi və bununla da onlar ölkə ərazisindən çıxarıldı, həbs işləri aparıldı. Azərbaycan Təhlükəsizlik Xidməti kəşfiyyat tarixində ilk dəfə olaraq, Fransanın Gürcüstan, Ukrayna, Moldovada və bir sıra ölkələrdə apardığı casus fəaliyyətini ifşa etdi. Bu gün Fransanın bu tip məkrli siyasəti də məhz buradan qaynaqlanır".
Politoloq bildirir ki, bir müddət əvvəl Fransa generalı Ermənistanla sərhədimizə gəlib binoklnan izlədi ki, bu da onların ölkəmizi yalnız kənardan izləyə biləcəklərinin bariz nümunəsidir.
"Siyasi dünyada məğlub olmasına görə Makron bir neçə vəzifəli şəxsi vəzifəsindən azad etdi,lakin dövlət başçısı özü istefa verməli idi. Eyni zamanda, ərazilərimizlə bağlı danışıqlar gedir. Hazırda 8 kəndimiz tam azad deyil və məsələnin sülh yolu ilə həllini tapması üçün ölkəmiz mühüm addımlar atır və biz heç bir ərazimizin bəxşiş olunmasına icazə verməyəcəyik".
Elşad Həsənov sonda əlavə edir ki, Fransanın məkrli,qərəzli siyasəti isə hələlik davam edir, lakin bu yalnız onun özünə zərər verir.
"Biz hər zaman olduğu kimi düz, haqq ilə beynəlxalq hüquq normalarına uyğun şəkildə yolumuza davam edirik".
Aytac Kərimova