Azərbaycan basketbol millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb

Tarix: 19:17 26.02.2024
Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv Avropa zonası üzrə A qrupunun II turunda Kosovonu 87:77 hesabı ilə üstələyib.
Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev qələbəni İnformator.az-a şərh edib:
"Komandanın baş məşqçisi Tahir Baxşıyev yetirmələrini Kosovoyla oyuna yaxşı hazırlayıb. Amil Həmzəyev, Kamran Məmmədov, Şirzad Şirzadov yaxşı oyun nümayiş etdirdilər. Oyunçular komanda halında oyun göstərdilər, rəqibi xüsusilə bu hallarda üstələdik".
Mətbuat katibi Orxan Aydın Hacıyevin adını xüsusi vurğulayaraq yaxşı oyun nümayiş etdirdiyini və bu oyuna görə görüşün ən dəyərli oyunçusu Orxan Aydın Hacıyev seçildiyini qeyd etdi.
Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsveçrəyə məğlub olub. Müsahib məğlubiyyətin səbəbi kimi oyunçuların uzun müddət ayrı-ayrı komandalarda oynamasını göstərib.
Zəhra Həsənova
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib
İstanbul sakinlərinin şəxsi məlumatlarının ələ keçirildiyini göstərən səs yazısı əldə edilib