Beyinə zərər verən vərdişlər nələrdir?-Araşdırma
Bölmə: Araşdırma › ,Tarix: 20:21 26.02.2024
Beyin yaşam tərzindən təsirlənir və əgər zərərli olduğunu bildiyiniz təqdirdə həmin zərərli vərdişlərdən uzaq durmursunuzsa bir müddət sonra bu vərdişlər yaddaşda problemlərə səbəb ola bilər.
Beyinə mənfi təsir edən və buna görə də uzaq durmaq lazım olan vərdişlərdən bəziləri bunlardır:
1. Lazım olduğundan az yatmaq
Yuxu həyat üçün ən vacib ehtiyacdır. Gündə 7 saatdan az yatmaq beyin fəaliyyətini azaldır. Kifayət qədər yatmayanda beynimizin iştahı artır və biz davamlı olaraq şəkərli qidalara can atırıq. Yuxusuz qaldığımız zaman ertəsi gün maddələr mübadiləsi yavaşlayır və bu da kökəlmə ilə nəticənir. Öyrənmə qüsurları, yaddaş problemləri, psixi problemlər, xroniki xəstəliklər, hipertoniya və diabet riski artır. Gündə 6 saatdan az yatmaq normal insanlarla müqayisədə insult və infarkt riskini 4 dəfə artırır. Gecələr yaxşı yata bilməyən uşaqlar gün ərzində daha hiperaktiv, əsəbi və diqqətsiz olurlar.
2. Hərəkətsizlik
Oturaq həyat piylənmə, ürək xəstəlikləri və diabet kimi sağlamlıq problemlərinə səbəb ola, bu sağlamlıq problemləri də beyninizə zərər verə bilər. Beyninizi inkişaf etdirmək üçün etməli olduğumuz ən vacib şey fiziki fəaliyyətdir. Məsələn, yerimək düşünmə qabiliyyətini gücləndirir.
3. Neqativ düşüncələr
Daim stresli olmaq sağlamlığınıza zərər verir. Bu vəziyyət; Depressiya, narahatlıq və başqa problemlərə səbəb ola bilər. Elmi araşdırmalar göstərir ki, mənfi düşünən insanların beyinlərində daha çox amiloid və tau yığılması olur. Bu yığılma Alzheimer riskini artıran əhəmiyyətli bir səbəbdir.
4.Qeyri̇-sağlam qidalanmaq
Əgər davamlı olaraq fast-food kimi zərərli qidalar yeyirsinizsə, beyniniz də zədələnəcək. Çox şirniyyat və ya yüksək glisemik qidalar da beyin sağlamlığına mənfi təsir göstərir. Həmçinin, bədənimizdə nə qədər çox yağ varsa, beyniniz üçün bir o qədər pisdir. Beyni qorumaq üçün zülal, B vitamini, D vitamini və Omeqa 3 ilə zəngin qidalardan istifadə etməlisiniz.
5. Həddindən artıq çay və qəhvə içmək
Gündə 1-2 fincan qəhvə və ya çay qəbul etmək koqnitiv funksiyalara müsbət təsir edir. Bununla belə, çoxlu kofein də zərərlidir. Gündə 300 ml-dan çox kofein qəbul etmək beyninizi zədələməyə başlayır. Gündə 1-2 fincan qəhvə yaddaşa müsbət təsir edir lakin , 3 stəkandan çox qəbul edildikdə unutqanlıq riski başlayır. Bu, beyinə yuxuya ehtiyacı olmadığını düşündürərək yuxunuza mənfi təsir göstərər.
Aydan İsayeva