Qadın güləşçiləri növbəti toplanışa start veriblər

Bölmə: İdman › ,
Tarix: 15:20 27.02.2024

Azərbaycan qadın güləşçiləri növbəti toplanışa start veriblər.

 

Toplanışda hansı güləşçilərin iştirak etməsiylə bağlı Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı İnformator.az-a açıqlama verib.

 

Toplanışda iştirak edən güləşçilər:

 

"Mariya Stadnik, Şəhanə Nəzərova, Yasəmən Məcidli (hamısı 50 kq), Elnurə Məmmədova (53 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Mərziyə Sadıqova (72 kq)".

 

Müsahib U-20 komandasından iştirak edən güləşçilərin adını da sadalayıb:

 

"Aysel Məmmədzadə, Səadət Quliyeva (hər ikisi 50 kq), Əsmər Cankurtaran (53 kq), Nərgiz Səmədova (55 kq), Gülər Həbibova (57 kq), Ruzanna Məmmədova (62 kq), Günay Qurbanova (65 kq), Fatimə İsayeva (68 kq)".

 

U-17 və U-15 komandalarından güləşçilər də toplanışda iştirak edir:

 

"Nəzrin Əhmədli (43 kq), Esra Məmmədli, Zəhra Mikayılova (hər ikisi 49 kq), Fatimə Bayramova, İnci Abdullayeva (hər ikisi 51 kq), Xədicəxanım Talıbova, Fatimə Mikayılova (hər ikisi 53 kq), Ülviyyə Musayeva (54 kq), Fidan Babayeva (57 kq), Zəhra Kərimzadə (72 kq)".

 

Zəhra Həsənova