... Qəzaya belə səbəb ola bilər -AÇIQLAMA

Bölmə: ,
Tarix: 21:16 27.02.2024

Yük daşınması zamanı təhlükəli hallar yaranır. Həmin halların qarşısının alınması üçün hər hansısa tədbirlər görülürmü?


Bu barədə Nəqliyyat eksperti Elməddin Muradlı "informator.az"a açıqlamasında bildirib ki, yük daşımalarla bağlı bir çox hallarda təhlükəli məqamlar ortaya çıxır:


"Yüklərin qablaşdırılması, tentlə bağlanması, dağılan yüklərin üzərinin örtülməsi halları qanunda nəzərdə tutulsa da, bəzi sürücülər buna əməl etmirlər.
Əsasən də, rayonlarda belə hallar baş verir. Ağır yüklər xüsüsi nəqliyyat vasitələrində daşınmalıdır. Həmçinin bərkidilməlidir ki, yolda digər hərəkət iştirakçıları üçün təhlükə yaranmasın, yüklər yola dağılmasın".

 

Ekspert qeyd edib ki, yük maşınlarının üzərindən düşən yüklər qəzaya belə səbəb ola bilər:

 

"Təəssüf ki, yolda bəzi yük maşınlarının üzərindən düşən yüklər digər hərəkət iştirakçılarına problem yaradır. Hətta qəzaya səbəb olur. Ona görə yol polisi bu cür sürücülərə qarşı mütəmadi tədbirlər keçirməlidir. Onlara nəzarət olunmalıdır. Xüsüsi texniki vasitələr, hətta üzəri qapanmayan yüklərə görə sürücülər inzibati qaydada cərimələnir. Bəzən sürücülər inciyirlər, küsürlər ki, nəyə görə onlara cərimə yazılır. Amma, başa düşmək lazımdır ki, bu yüklər xüsüsi qaydada daşınmalıdır".


Lalə Qafarova