Bir Braziliya əfsanəsi-Ronaldinyo
Bölmə: İdman › ,Tarix: 21:18 27.02.2024
Ronaldo de Assis Moreira 21 mart 1980-ci ildə anadan olub, daha çox Ronaldinyo kimi tanınan, braziliyalı keçmiş futbolçudur.
Atası Joao Da Silva Moreira hovuz qəzasında öləndə Ronaldinyo 7-8 yaşında idi.
Ailə Ronaldinyonun böyük qardaşı Assisin futboldan qazandığı gəlirlə dolanırdı. Ölkənin yarıdan çoxunun yoxsulluqdan əziyyət çəkdiyi Braziliyada az qala hər uşaq üçün xilas yolu kimi görülən futbol Ronaldinyo üçün də hədəf olub.Onun ilk müəllimi və kumiri məhz qardaşı olub.
Ronaldinyo peşəkar futbolçu karyerasına 1998-ci ildə ‘’Qremio’’da başlayıb. 20 yaşında ‘’PSJ’’ ilə müqavilə imzaladı. Daha sonra 2003-cü ildə "Barselona" ilə müqavilə imzaladı. Barselonadakı ikinci ilində o, FIFA tərəfindən ilin ən yaxşı oyunçusu mükafatını və La Liqa çempionluğunu qazandı. Sonrakı mövsümlərdə komandası ilə UEFA Çempionlar Liqasının qalibi olub və eyni ildə liqa çempionluğunu qazanıb. El Klassikoda vurduğu iki qolla o, 1983-cü ildə Dieqo Maradonadan sonra Santiaqo Bernabeuda ‘’Real Madrid’’ azarkeşləri tərəfindən alqışlanan ikinci Barselona oyunçusu olub. Ronaldinyo bu müddətdə “Qızıl top”u qazanmaqla yanaşı, ikinci dəfə FİFA tərəfindən ilin ən yaxşı oyunçusu mükafatını da qazanıb.
O, 2007-08 mövsümündə zədə alıb və mövsümün sonunda ‘’Milan’’a keçib. 2011-ci ildə ‘’Flamenqo’’ ilə müqavilə imzalayaraq ölkəsinə qayıtdı və növbəti il ‘’Atletico Mineiro’’-ya keçdi. Sonrakı illərdə Meksikanın ‘’Queretaro FC ‘’klubunda oynadı və növbəti mövsüm ölkəsinə yenidəb qayıdaraq ‘’Fluminense’’ ilə müqavilə imzaladı. Karyerası boyunca bir çox fərdi mükafatlar qazanan Ronaldinyo 3 dəfə UEFA-nın İlin Komandası və FIFA World XI-ə seçilib. 2006-cı ildə UEFA-nın İlin Futbolçusu mükafatını qazandı və Pele tərəfindən yaradılan FIFA 100 adı altında dünyanın ən yaxşı yaşayan futbolçularının yer aldığı FIFA 100 siyahısına seçildi.
Ronaldinyo Braziliya milli futbol komandasının heyətində beynəlxalq səviyyədə 97 oyun keçirib, 33 qol vurub. O, ölkəsi ilə iki dəfə dünya çempionatında iştirak edib. 2002-ci ildə Koreyada və 2002-ci ildə Yaponiyada keçirilən futbol üzrə dünya çempionatında çempion olan Ronaldinyo Ronaldo və Rivaldo ilə birlikdə hücumda effektiv performans göstərib. Ronaldinyo İngiltərə ilə 1/4 final matçında 36 metrlik cərimə zərbəsindən fərqlənərək turnirdə iki qol vurub. O, FIFA Dünya Kuboku Turnirin komandasına seçildi. Kapitan olaraq, 2005-ci ildə Argentinaya qarşı Konfederasiyalar Kubokunun finalında 4:1 qalib gəldilər və Ronaldinyo matçın adamı seçildi.O, turnirdə 3 qol vurub və 9 qolla turnirin iki bombardiri sırasına düşüb. FIFA Dünya Kubokunu, UEFA Çempionlar Liqasını və Qızıl topu qazanan yeddi oyunçu arasında olmaqla klub və beynəlxalq səviyyədə uğurla çıxış etdi.
Ayaz Zeynalzadə