Cəlil Məmmədquluzadə - Atalar sözü

Bölmə: Araşdırma › ,
Tarix: 22:18 29.03.2024

Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur, zira ki, mal-mülk tələf olur gedir, amma söz qalır. Belə ki, keçmiş hükəmanın (alimlərin), şüəranın (şairlərin) sözləri hələ baqidir (davam edir). Buna görə türk hükəmalarının təcrübəli və işə yarar zərb-məsəlləri sən "Atalar sözü" namilə (adı ilə) bir neçəsini məcmuəmizdə yazdıq ki, qarelərimiz (oxucularımız) oxuyub lazımi yerində onlara əməl etsinlər.

 

Atı atın yanında bağlasan - xan görüb deyər: birini bağışla mənə. 

 

Ata malı olan yerdə özün qazandığın haramdır.

 

Adamın ölümü bekarların bayramıdır.

 

Ata və arvada etibar etmə - bağla hər ikisini qat tövləyə və qapısını bağla.

 

Ac toyuq yuxusunda plov görər.

 

Aclıqdan kimsə ölməz - qələt eləyir, çörək vermə.

 

Açıq kağız ac qalmaz - küçələrimizin tozuna Allah bərəkət versin.

 

Axşamın işini sabaha qoy, sabahın işini axşama.

 

Adam yata-yata alim olur.

 

Adama sözü min kərə deyərlər, qanmasa eybi yoxdur.

 

Anlayana da qul ol, anlamayana da.

 

Olacağa çarə yoxdur qoy, hər nə olacaq-olsun.

 

Ölüdən şeytan da əl çəkər, arvadlar əl çəksə.

 

Ölmə, eşşəyim, ölmə, yaz gələr, hürriyyət bitər.

 

Uşağın şüurlusu dərsdən qaçar.

 

Plovun yağlısını yeyən yaxşı fatihə verər.

 

At it ilə boğuşar, hökumətin işi rast gələr.

 

Eşşəyə gücü çatmır, müsəlmanı tapdayır.

 

İşləmək adamı puça çıxardar.

 

İşsizlik dövlətlilik açarıdır.

 

İkiarvadlı ev bərəkətli olar.

 

Başladığın işi yarıda qoy.

 

                 "Molla Nəsrəddin", 7 aprel 1906

 

Yusif Mamedov