Xəstəlik mənbəyi: "Məhsulların açıq şəkildə satılması..."-AÇIQLAMA

Bölmə: Sosial › ,
Tarix: 19:05 02.04.2024

Bəzi marketlərdə şokolad və qənnadı məhsulları qablaşdırmada yox, açıq şəkildə çəki ilə satılır. Belə olduğu halda onların üzərində istehsal tarixi və istifadə müddəti qeyd olunmur.

 

Bəs həmin məhsulların bu cür satılmasının sağlamlığa hansı zərərləri var?

 

Mövzuyla bağlı qida mütəxəssisi Ağa Salamov "informator.az"a açıqlama verib. Mütəxəssisin sözlərinə görə, məhsulların açıq şəkildə satılması müxtəlif xəstəliklərə səbəb ola bilər:

 

"Üstü açıq qidaların məsələn: şokoladlar, qənnadı məhsulları, və s. satılması hava damcı yolu ilə gələn virus, bakteriyalara açıq olduğu üçün o qidaların istehlak olunması təhlükəlidir. Şokolad və ya çörək kimi məhsullar yuyulub yeyilmir. Belə açıq şəkildə satılıb, yuyulmayan məhsullar birbaşa istifadə olunur və yeyilir. Həmin məhsulların satıldığı yerdə bir insanın asqırması və ya toxunması həmin məhsula mikrobların, bakteriyaların düşməsinə səbəb ola bilər. Nəticədə mikrobioloji qida zəhərlənməsi, uşaqlara,yaşlılara, hamilələrə, risk qrupuna daxil olan xəstələrə, immun sistemi zəif olan insanlara virus yoluxa bilər. Ona görədə üstü açıq məhsulların alınmasını istehlakçılara məsləhət görmürük".

 

Zeynəb Mustafazadə