Astaranın 4 kəndində qaz olmayacaq

Tarix: 14:18 09.07.2025
İyulun 11-də Astara rayonunun 4 yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz”dan məlumat verilib.
Bildirilib ki, Astara rayonu ərazisində yerləşən “Ərçivan” qaz paylayıcı stansiyasından qidalanan və Səncərədi-Alaşa kəndlərini təbii qazla təmin edən, uzunluğu 2 100 metr olan orta təzyiqli qaz kəmərinin kipliyə sınağı keçiriləcək.
Bu məqsədlə iyulun 11-də saat 10:00-dan başlayaraq işlər başa çatanadək Səncərədi, Alaşa, Züngüləş və Bəndəsər kəndləri də daxil olmaqla ümumilikdə 4 yaşayış məntəqəsində 650 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.